Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin
ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin Anım Günü Goranboy
rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış xocalılar tərəfindən
də dərin hörmət və ehtiramla yad edildi. Anım Günündə Xocalı rayon İcra
Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının üzvləri,
rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanları rəhbərləri şəhid ailələri, qazilər və
rayon ictimaiyyəti iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış
Xocalı soyqırımı abidəsini ziyarət edərək abidə önünə qərənfillər düzdülər. Şəhidlərimizin
ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra
Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva 30 ilə yaxındır mənfur
qonşularımızın torpaqlarımıza qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açdı.
Ermənilərin törətdiyi cinayətlərə, soyqırıma göz yuman dünya
ictimaiyyətinin, mötəbər təşkilatların bu haqsızlığa biganəliyi nəticəsində
Azərbaycan dövləti öz torpaqlarını müharibə yolu ilə qaytarılması yolundan istifadə
etdiyini qeyd etdi. Bildirdi ki, 44 gün ərzində düşmənə diz çökdürüldü. Şanlı Zəfər günlərində şəhidlərimiz öz canlarını torpaq uğrunda qurban verərək ərazi bütövlüyümüzü təmin etdilər. Şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə yaşadacağıq. Sonra söz Milli Qəhrəman Tabil Həsənovun həyat
yoldaşı Lətifə Həsənovaya söz verildi. Lətifə Həsənova çıxışında bildirdi ki, 30 ilə
yaxındır həsrətlə gözlədiyimiz günə yetişməyimiz qəhrəman oğullarımızın hünəri
sayəsində, qanı bahasına oldu. Biz şəhidlərmizə minnətdarıq. Torpaqlarımızı
görmək arzusu ilə çox həmvətənlərimiz dünyasını dəyişdi. Şükürlər olsun ki,
bizlər torpaqlarımızın azad olunduğunu günü görə bildik. “Xocalı
rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov 27 sentyabrın Azərbaycanın Şanlı Zəfər tarixinin başlandığı gün kimi tarixə düşdüyünü
qeyd etdi. Ümummilli lider Heydər Əliyevin xalqımıza miras qoyduğu Ali Baş
Komandan İlham Əliyevin qətiyyəti, qəhrəman oğullarının gücü sayəsində
torpaqlarımızı işğaldan azad edə bildiyimizi dedi. İllərdir biz torpaqlarımızın itirilməsinin
ağrı-acısı ilə yaşadığımızı diqqətə çatdıraraq, artıq qalib ölkənin vətəndaşları kimi alnı açıq, üzü
ağ şəhidlərimizin Anım Gününü, Zəfər Günlərimizi qeyd etdiyimizi bildirdi. 44 günlük Vətən
Müharibəsində “Xocalı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin
kollektivinin də xalqımızın həmrəyliyinə qoşularaq gecə-gündüz bilmədən yaralı əsgərlərimizə göstərdiyi tibbi xidmətdən danışdı. Aprel
döyüşləri və Vətən Müharibəsi iştirakçısı, qazi İmran Rəcəbov çıxışında dedi ki, şəhidlərimiz
haqqında danışmaq da şərəfdir, qürurdur. Bütün dünya bilir ki, Xocalı şəhid və
qəhrəman şəhərdir, Xocalı camaatı mərd camaatdır. Vətən Müharibəsində də Xocalı
gəncləri igidliklə döyüşdülər. Qarabağın işğaldan azad olunmasını şəhidlərimizə
borcluyuq. Şəhidlərimiz düşmən üzərinə qorxmadan getdilər. Vətən
Müharibəsi iştirakçısı, hazırda Xocavənd rayonunda hərbi xidmətini davam etdirən
leytenant Təbriz Ağayev 27 sentyabrdan başlanan döyüş yolu haqqında məlumat
verdi. O, Müzəffər Azərbaycan Ordusunun qalib zabitlərindən biri olduğu üçün fəxr
hissi duyduğunu vurğuladı. Bizdən sonra gələn nəsillər azad torpaqlarımızda
rahat və qürurla yaşayacaqlarını dedi. Yekun olaraq çıxış edən rayonumuzun rəhbəri Şahmar
Usubov Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərimizə Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici
siyasəti, onun siyasi iradəsi nəticəsində nail olduğumuzu bildirdi. Ali Baş Komandanımızın müharibəyə
qədər apardığı düzgün siyasət, müharibə günlərində Ordumuza komandanlığı,
xalqımıza rəhbərliyi, informasiya müharibəsində xarici jurnalistlərə verdiyi
cavabları, Xalq-Ordu birliyini bir arada tutması bizə qələbəni gətirdi. Şahmar
Usubov Xocalı soyqırımı, Meşəli faciəsi və digər faciələrdən sonra bizlər illərdir
ürəyimizdə nisgillə yaşadığımızı dedi. Fikirlərinə əlavə etdi ki, bu gün qələbə çalan igidlərimizin Xocalıda
verdiyimiz şəhid körpələrin yaşıdlarıdır. Xalqımıza qələbəni gətirən Vətən Müharibəsi
şəhidləri Azərbaycanın ölməz qəhrəmanlarıdır. Bizə kənardan baxan dostlar, düşmənlər
də Ordumuzun gücünə, xalqımızın qüdrətinə
heyranlıqlarını, təəccüblərini gizləyə bilmirlər. Azərbaycan bu qələbəni yalnız
mənfur düşmələrin üzərində deyil, həmçinin onların havadarları üzərində də qazandı.
Biz qələbəmizi şəhidləriməzin qanı, canı bahasına təmin etdik. Əgər torpaq
uğrunda ölməyi bacarmırsansa, onda millət kimi yaşamağa dəyməz. Torpaq uğrunda
şəhid olmağa, qazi olmağa bacarmayanlardan xalq, dövlət olmaz. Vətən Müharibəsində əsrlərdir parçalanan bir dövlətin yenilməz xalqı öz inamını
geri qaytardı. Azərbaycan xalqı böyük xalqdır, döyüşkən xalqdır. Bu qüruru bizə
şəhidlərimiz verdi. Bu qüruru bizə şəhidlərimizi tərbiyə edən, böyüdüb
boya-başa çatdıran analar, atalar verdi. Şəhidlik tək ata-ananın itkisi deyil, şəhidlik
xalqın itkisidir və qürurudur. Allah xalqımıza həmişə qürurlu günlər nəsib
etsin.
Daha sonra şəhidlərin əziz xatirəsinə həsr olunmuş
ağacəkmə aksiyası keçirildi.